Modern.az

"Vəhhabi”lərə qarşı ƏMƏLİYYAT: saxlanılanlar arasında Qamət Süleymanovun müavini də var

"Vəhhabi”lərə qarşı ƏMƏLİYYAT: saxlanılanlar arasında Qamət Süleymanovun müavini də var

23 Oktyabr 2015, 14:56


Bakıda radikal dini qruplaşma üzvlərinə qarşı əməliyyat keçirilib.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, “Farklı Lahmacun” kafesində həyata keçirilən əməliyyat zamanı “vəhhabi” təriqətinin üzvü olduğu ehtimal olunan 40-a yaxın şəxs saxlanılıb.

Saxlanılanların arasında “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun müavini Adil Rəcəbov da var.  

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, hadisə ilə bağlı nazirlik rəsmi açıqlama yayacaq.  

Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı “haqqın.az” saytı MTN-in İctimaiyyətlə Əlaqə İdarəsinə istinadən yayıb.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!