Modern.az

Həbs edilən mənim müavinim deyil – HACI QAMƏT

Həbs edilən mənim müavinim deyil – HACI QAMƏT

23 Oktyabr 2015, 15:28


Bakıda  "Farklı Lahmacun" adlı kafedə vəhhabi təriqətindən olnalara qarşı əməliyyat keçirilib. Bu barədə Yasamal Rayon Polis İdarəsindən APA-ya məlumat verilib. 

Bildirilib ki, əməliyyat zamanı 40-a yaxın vəhhabi saxlanılıb. Saxlanılanlar arasında "Əbu Bəkr" məscidinin imamı Hacı Qamət Süleymanovun müavini Adil Rəcəbov da olduğu qeyd olunur.

Hacı Qamət Süleymanov bununla bağlı Modern.az saytına açıqlama verib. O bildirib ki, Adil Rəcəbov onun müavini deyil.

"O mənim müavinim deyil. Amma namaz əhlidir. Onunla hər hansı əlaqəm yoxdur", -deyə o söyləyib.

Vüsalə Qəzənfərqızı

 
Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!