80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadənin keçirdiyi görüşlərdə seçicilər millət vəkilini növbəti dəfə dəstəkləyəcəklərini bildiriblər.
Seçki Qərargahının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, İmişli rayonunun kəndlərində seçicilərlə görüşlərini yekunlaşdıran Ç.Qənizadənin növbəti görüşləri Beyləqan rayonunun kəndlərində baş tutub. Görüş Beyləqan rayonunun ən böyük kəndlərindən biri hesab edilən və 3 min 800-ə yaxın seçicisi olan Dünyamalılar -Yalova kəndlərində, həmçinin Qəhrəmanlı və Bahar kəndlərində keçirilib.
Seçicilər bu illər ərzində onlara göstərmiş olduğu diqqətə və parlamentdəki aktiv fəaliyyətinə görə Ç.Qənizadəyə təşəkkürlərini ifadə edib və onun namizədliyini yenidən dəstəkləyəcəklərini bildiriblər.