Modern.az

Elmə ayrılan büdcənin böyük hissəsini Akademiya “yeyir”

Elmə ayrılan büdcənin böyük hissəsini Akademiya “yeyir”

24 Oktyabr 2015, 12:02



Dövlət büdcəsində gələn il elmə ayrılan məbləğ 0.1 faiz artaraq, büdcənin 0.8 faizini təşkil edib.

Növbəti ildə dövlət büdcəsindən elm xərclərinə 131,7 milyon manat ayrılıb. Vəsait fundamental elmi tədqiqatların və dövlət orqanlarında mövcud olan elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşdiirlməsinə yönəldiləcək.

Prezident yanında Elmin İnkişaf Fonduna 7,5 milyon manat, latın qrafikalı kitabların çapı üçün 3,5 milyon manat, müasir laboratoriya avadanlıqlarının alınması üçün 1 milyon manat, diəgər elmi tədbirlərin həyata keçirilməsi üçün 5 milyon manat pul ayrılıb.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov büdcə müzakirələri zamanı narazılığını gizlətməyib. Onun sözlərinə görə alimlərin çoxunun universitetlərdə olmasına baxmayaraq, büdcədən elmə ayrılan vəsaitin əsas hissəsi Elmlər Akademiyasına xərclənir.

Elmin NURİ

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü