Rusiya Federasiyası BMT-nin adi silahlar haqqında reyestrinə 2014-cü ildə xarici dövlətlərə tədarük etdiyi silahlarla bağlı hesabat təqdim edib.
Modern.az saytı xəbər verir ki, hesabatda Rusiya ötən il ərzində Azərbaycana aşağıdakı silahları satdığını göstərib.
65 ədəd T-90C tankı,
78 ədəd Piyadaların Döyüş Maşını (BMP-3),
118 ədəd irikalibrli artilleriya sistemi, o cümlədən:
2C19 “Msta-S” 152 mm-lik özüyeriyən qaubitsası
2C31 “Vyana” 120 mm-lik artilleriya qurğusu
RSZO 9K58 “Smerç” reaktiv atəş sistemi
TOS-1 “Buratino” ağır artilleriya sistemi
Vüqar İsmayılov