Modern.az

Aşura mərasimində - Bu gün QƏTL sınır - FOTOLAR

Aşura mərasimində - Bu gün QƏTL sınır - FOTOLAR

24 Oktyabr 2015, 12:38

Modern.az saytı xəbər verir ki, bu gün Nardarandakı Rəhimə xanım məscidində  Aşura mərasimi keçirilib. Mərasimdə iştirak edənlər təkcə nardaranlılar deyildi, Aşuraya Bakının başqa kəndlərindən gələnlərin də izdihamı müşahidə olunurdu.

Məscidə gələnlər arasında uşaqlardan tutmuş qocalara, qadınlaradək çox adam vardı. Gənclər  isə daha çox üstünlük təşkil edirdi.

Məscidə avtobusla getməkdə çətinlik yaranmağına baxmayaraq, inanclı insanlar Aşurada mütləq iştiraka can atırdılar. Kimi avtobusla, maşınla və hətta piyada gəlirdi... Yollarda insan izdihamı var idi. Avtobuslarda sıxlıq müşahidə olunurdu.

Rəhimə xanım məscidində əzadarlar mərsiyə oxuyur və zəncir vururdular.  Qafqaz Müsəlmanları İdarəsi zəncir vurmamağı dəfələrlə tövsiyə etsə də, insanlar buna məhəl qoymayaraq, dayanmadan özlərini zəncirlə döyür və ağlayırdılar. Məscidə gələn yollarda isə palatka qurulmuş, ehsanlar verilirdi.

Əraziyə cəlb olunmuş polis əməkdaşları dilənçiləri mikroavtobusa yığaraq oradan uzaqlaşdırırdılar. Həmçinin məscidə yaxın ərazilərdə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən təhlükəsizlik mühiti təmin olunmuşdu.

Modern.az-ın əməkdaşları Aşura mərasimindən fotoşəkillər çəkiblər.
















Emil Rasim
Ağa Akifoğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü