Modern.az

İsrail əsgərləri fələstinli qızı öldürdü

İsrail əsgərləri fələstinli qızı öldürdü

25 Oktyabr 2015, 21:25



İordan çayının qərb sahilindəki El-Halil şəhərində İsrail əsgərləri fələstinli bir gənc qızı bıçaqla hücum təşəbbüsü göstərməyini bəhanə gətirərək  öldürüblər. Modern. az xarici mediaya istinadən bildirir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada El-Halil şəhərindəki İbrahim məscidi yaxınlığında fələstinli qızın İsrail əsgərləri tərəfindən vurulduğu bəyan edilib.

İsrail radiosunun yaydığı xəbərdə qeyd edilib ki, El-Halil şəhərindəki nəzarət-buraxılış məntəqəsi yaxınlığında İsrail əsgərlərinə bıçaqla hücuma keçməyə cəhd edən fələstinli bir gənc qızı vurularaq öldürülüb.

Səhiyyə Nazirliyinin məlumatlarına görə, oktyabr ayının əvvəlindən bu yana baş verən hadisələrdə 13-ü uşaq, 1-i hamilə və 1-i də İsrail həbsxanasında məhbus olan 57 fələstinli həyatını itirib, 2 min 95 nəfər yaralanıb, 5 mindən çox fələstinli də müdaxilələr zamanı istifadə edilən gözyaşardıcı qazdan zəhərlənib.  

Modern.az
 
Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü