Modern.az

Hərbi Dəniz Qüvvələrinin Qərargahında “açıq qapı” günü keçirilib

Hərbi Dəniz Qüvvələrinin Qərargahında “açıq qapı” günü keçirilib

25 Oktyabr 2015, 22:11

Oktyabrın 25-də Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrinin Qərargahında “açıq qapı” günü keçirilib. “Açıq qapı” günündə Hərbi Dəniz QüvvələriQərargahın, onun tərkibindəki hərbi birləşmələrin  zabitləri əsəgər valideynlərilə görüşüblər.
Hərbi Dəniz Qüvvələrinin komandanı  1-ci dərəcəli kapitan Şahin Məmmədov döyüş hazırlığından, maddi-texniki təchizatdan, şəxsi heyətin mənəvi-psixoloji hazırlığından danışaraq, dəniz donanmasındakı mövcud inkişafdan söz acib.
Komandanla yanaşı, tədbirdə çıxış edən müharibə veteranları, ictimaiyyət nümayəndələri “açıq qapı” gününün keçirilməsini təqdirəlayiq hadisə adlandıraraq, belə tədbirlərin tez-tez gerçəkləşdirilməsinini tövsiyə ediblər.
Hərbi Dəniz Qüvvələrinin komandanı və onun şəxsi heyətlə iş üzrə müavini, 2-ci dərəcəli kapitan Natiq Məmmədovun yaxından iştirakı ilə baş tutan tədbirdə valideynlərə, media mənsublarına və digər qonaqlara əsgərlərə yaradılan şərait göstərilib.
Tədbiq zamanı Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı Dəstəsinin hərbçiləri nümunəvi çıxışlar nümayiş etdiriblər.
Əsgərlərin məişət şəraitilə yaxından tanış olan valideynlər razı qaldıqlarını vurğulayıblar.
“ Açıq qapı” günü tədbirə gələn qonaqların əsgər və zabitlərlə birgə süfrə arxasinda yemək mərasimi ilə sona çatıb.



Ağa Akifoglu

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü