Modern.az

“Azərbaycandan İŞİD-ə qoşulmağa gedənləri yollarından döndərdim”

“Azərbaycandan İŞİD-ə qoşulmağa gedənləri yollarından döndərdim”

26 Oktyabr 2015, 16:34


“Biz həmişə radikallığa qarşı mübarizə aparmışıq. Həmişə mən və tərəfdarlarım  İŞİD-ə (“İslam dövləti”) qoşulan azərbaycanlıları haqq yoluna çağırmışıq”.

Bunu Modern.az saytına açıqlamasında “Əbu Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanov deyib.

Qamət Süleymanov  azərbaycanlı İŞİD-çiləri tövbə etməyə çağırıb və bildirib ki, radikallıq onlara heç bir xeyir verməyəcək.

“Söhbət təkcə İŞİD-dən getmir. Başqa radikal təşkilatlar da var. Biz həmin terrorçu qruplara qoşulan azərbaycanlıları bu fikirlərindən daşınmağa çağırırıq”.

Qamət Süleymanov qeyd edib ki, İŞİD-çi soydaşlarımız da bu baxımdan düzgün yola istiqamətlənməli və Allahın buyurduğu əməlləri yerinə yetirməlidirlər. 

Məscidin imamı əlavə edib ki, Azərbaycanda İŞİD-ə meyl edən bəzi şəxslər onun məsləhətlərindən sonra radikal düşüncələrindən vaz keçiblər.

“Mən İŞİD tərəfdarı olan bir çox insanı radikallıqdan uzaqlaşdırmışam. Müəyyən qism insanlara təsir etmişik və onlar Suriyaya, İraqa gedib İŞİD tərkibində döyüşməkdən imtina ediblər. Onlar sözümüzə qulaq asıblar.

Ümumiyyətlə, biz həmişə ayıq olmalıyıq. Çünki sabah İŞİD bitəcək, yerinə başqa bir radikal təşkilat gələcək”.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM