Modern.az

Əfqanıstanda zəlzələdən sonrakı basabasda 12 məktəbli ölüb

Əfqanıstanda zəlzələdən sonrakı basabasda 12 məktəbli ölüb

26 Oktyabr 2015, 17:12


Əfqanıstanda baş verən zəlzələdən sonrakı basabasda 12 qız ölüb.

Modern.az “Reuters”ə istinadən bildirir ki, bu faciə onların məktəbin binasından evakuasiyası zamanı qeydə alınıb. Təbii fəlakət nəticəsində çox sayda insanın öldüyü və yaralandığı haqda da məlumatlar yayılıb.

“Biz artıq 50 yaralı qəbul etmişik, dayanmadan yeni xəsarət alanlar gətirilir. Onlar binaların uçması zamanı çoxsaylı xəsarətlər alıblar”, - Pakistanın Peşəvər şəhərindəki xəstəxananın  nümayəndəsi deyib. Ölümə və zədələnməyə məhz binaların uçmasının səbəb olduğu bildirilir.      

Pakistanın “Dawn” qəzetinin məlumatına görə, Əfqanıstanda və Pakistandakı zəlzələ qurbanlarının sayı 52 nəfərə çatıb. Zəlzələnin episentrinin Kabilin 254 kilometr şimal-şərqindəki Qindukuş dağlarında olduğu qeyd edilir.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM