Modern.az

Tovuzun 8 kəndində görüş- FOTOLAR

Tovuzun 8 kəndində görüş- FOTOLAR

26 Oktyabr 2015, 22:05

104 saylı Gədəbəy- Tovuz Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının Deputatlığa namizədi Rafiq Məmmədhəsənov Tovuz seçiciləri ilə görüşüb.   

Modern. az xəbər verir ki, Tovuzun 8 kəndində keçirilən görüşlərə xeyli sayda seçici qatılıb. Həsənli, Əsrik-Cirdaxan, Bayram, Azaflı, Dondar-Quşçu, Alakol, Yanıqlı və Qəribli kəndlərində keçirilən görüşlərdə seçicilər ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin siyasətini ürəkdən dəstəklədiklərini bildiriblər, xüsusi ilə son günlər onun həyata keçirdiyi tədbirləri, imzaladığı fərman sərəncamları alqışlayıblar.   

Ölkədə gedən inkişaf proseslərindən razı qaldıqlarını vurğulayan kənd sakinləri onları narahat edən məsələlərdən də söhbət açıblar.  

Müzakirələrdən sonra seçicilər  1 noyabr parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Rafiq Məmmədhəsənova səs verəcəklərini bildiriblər.  


 

 

 

 

 

 

 

 

 

 

 

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM