Modern.az

Təhsil işçilərindən Novruz Aslanova dəstək – FOTO+VİDEO

Təhsil işçilərindən Novruz Aslanova dəstək – FOTO+VİDEO

27 Oktyabr 2015, 09:30


86 saylı İsmayıllı seçki dairəsindən deputatlığa namizəd Novruz Aslanov təbliğat kampaniyası çərçivəsində görüşlərini davam etdirir.

Namizədin daha bir izdihamlı görüşü təhsil işçilər, rayon ağsaqqalları və dini icmaların nümayəndələri ilə keçirilib.

Tədbiri giriş sözü ilə açan Novruz Aslanov təhsil sahəsində dövlətin həyata keçirdiyi siyasətdən danışıb, ölkə başçısının təhsil işçilərinə göstərdiyi diqqət və qayğısından nümunələr gətirib, sosial yönümlü layihələrin davamlı olmasından və gələcəkdə də vətəndaşların rifah halının yüksəldilməsi istiqamətində dövlətin atacağı addımlardan söhbət açıb.

Azərbaycan respublikasının tolerant və çox millətli cəmiyyətini misal gətirərək belə bir siyasətin dünya ölkələri üçün bir nümunə olduğunu xüsusi vurğulayıb. Görüşə gəlmiş sakinlərin hamısı birmənalı olaraq Novruz Aslanovu dəstəkləyəcəklərini bildiriblər.

Məlumat üçün bildirək ki, Novruz Aslanov 70 kəndin əhalisini əhatə edən 50-dən çox kənddə seçicilərlə görüşlər keçirib. Hazırda görüşlər İsmayıllı şəhərində ictimaiyyətin müxtəlif sahələrində çalışan nümayəndələri ilə davam etdirilir.

 

 

 



Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM