Azərbaycanda noyabrın 1-də Milli Məclisə növbəti seçkilər keçiriləcək. Seçkilərə rəsmi start veriləndən sonra 125 dairədən deputat mandatı uğrunda yarışa 1246 nəfər qoşulmuşdu. Səsverməyə 10 gün qalanadək mübarizəyə qoşulanlar namizədliklərini geri götürə bilərdilər. Artıq səsverməyə bir neçə gün qalıb.
Mərkəzi Seçki Komissiyasından Modern.az saytına verilən xəbərə görə, ötən müddətdə 479 nəfər namizədliyini geri götürüb. Beləliklə, noyabrın 1-də seçicilər 125 dairə üzrə yarışda iştirak edən 767 nəfər namizəd arasında seçim etməli olacaqlar.
Hazırda namizədlərin təbliğat-təşviqat kampaniyası davam edir. Bu kampaniyaya oktyabrın 9-dan start verilib.
Vüsalə Qəzənfərqızı