Modern.az

Çingiz Qənizadənin görüşləri davam edir - FOTOLAR

Çingiz Qənizadənin görüşləri davam edir  - FOTOLAR

27 Oktyabr 2015, 11:09


80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadənin seçiciləri ilə keçirdiyi görüşlər davam edir.

Ç.Qənizadə bu dəfə Beyləqan rayonunun Aşıqalılar, Əhmədli və Sarısu kəndlərinin seçiciləri ilə görüşüb.

Görüşlərdə iştirak edən seçicilər öz ürək sözlərini dilə gətirərək bildiriblər ki, parlamentdə öz aktivliyi ilə fərqlənən Ç.Qənizadə onların qayğıları ilə hər zaman maraqlanıb. İstər şəxsi, istərsə də digər problemlərlə  bağlı deputat tərəfindən qəbul edilərək dinlənildiklərini və qaldırılan məsələlərin həlli istiqamətində öz köməkliyini əsirgəmədiyini vurğulayıblar.

Ən xoş əhval-ruhiyyədə keçən görüşlərdə seçicilər Çingiz Qənizadəni növbəti dəfə parlamentdə görməkdən məmnunluq duyacaqlarını və ona yenidən səs verəcəklərini bildiriblər.


Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM