Modern.az

Həmsədrlər Dağlıq Qarabağdadır

Həmsədrlər Dağlıq Qarabağdadır

27 Oktyabr 2015, 13:29


Ermənistana səfərlərini başa vuran ATƏT-in Miks qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryu (Fransa) və İqor Popov (Rusiya) Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər ediblər.

Modern.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin müşayiəti ilə həmsədrlər Dağlıq Qarabağdakı separatçı rejimin lideri Bako Saakyanla görüşüblər.

Görüşdə son vaxtlar cəbhə xəttində atəşkəs rejiminin kəskin pozulmasıl halları müzakirə olunub. Qarabağa səfəri yekunlaşdırdıqdan sonra həmsədrlər Bakıya gələcəklər.    

Vüqar İsmayılov    

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü