Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 28-də Rusiya Federasiyasına səfərə yola düşür. QMİ-nin Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, səfər Moskva şəhər hökümətinin təşkilatçılığı, RF prezidenti yanında dini təşkilatlarla iş üzrə Şuranın beynəlxalq əməkdaşlıq Komissiyasının, habelə Rusiya Dinlərarası Şurasının dəstəyi ilə 29 oktyabr tarixində keçiriləcək «Din və Sülh» mövzusunda III Moskva Beynəlxalq Forumuna dəvət əsasında gerçəkləşir.