Modern.az

Qubanın kəndlərindən Vahid Əhmədova dəstək - FOTOLAR

Qubanın kəndlərindən Vahid Əhmədova dəstək - FOTOLAR

27 Oktyabr 2015, 16:32


52 saylı Quba seçki dairəsindən deputatlığa namizəd Vahid Əhmədov seçki təbliğat-təşviqatı çərçivəsində növbəti görüşlərini İqriq və Qəcərzeyid kəndində keçirib.

İqriq kəndinin mərkəzində 100-ə yaxın sakinlə görüşən Vahid Əhmədova kənd sakinləri ən böyük problemlərinin içməli və suvarma suyu olduğunu bildiriblər. Sakinlər qeyd edib ki, xüsusən də suvarma suyunun olmaması ucbatından əkin sahələrini, meyvə bağlarını, tərəvəzləri məhv olub, kənd sakinləri kimi özləri becərməli olduqları tərəvəzləri belə bazardan aldıqlarını qeyd ediblər.

Elektrik xətlərinin və dirəklərinin yenilənməsi, kənddaxili yolların asvaltlaşdırılmasını, kənd məktəbində istilik sisteminin qurulmasını, eləcə də kənd məktəbində idman zalı və akt zalının tikilməsini təklif edən sakinlər 1 noyabr seçkilərində qeyd şərtsiz Vahid Əhmədova dəstəkləyəcəyini bildiriblər.

Buna səbəb isə onun nüfuzu, bacarığı və daim xalqın problemlərinin həllinə həsaslıqla yanaşmasıdır.

Qəcərzeyid kəndində görüşdən əvvəl kənd məktəbi ilə tanış olan hazırkı millət vəkili və namizəd Vahid Əhmədova məktəbdə sinif otaqlarının azlığı qeyd olunb və sinif otaqlarının artırılmasına kömək edilməsi üçün təkliflər verilib.

Daha sonra kəndin mərkəzində əhali ilə görüşən namizədə kəndin ən böyük problemlərinin suvarma və içməli su olduğunu bildiriblər. Kəndin əsas qazancının meyvəçilik olduğunu qeyd edən sakinlər dərman preparatlarının keyfiyyətsizliyindən bunun üçün labaratoriyaların tikilməsi təklifini veriblər.

Elektrik dirəklərinin, tranformatorların, kənddaxili yollarla bağlı təkliflər də digər kəndlərdə olduğu kimi burda da əsas prioritet təkliflərdən olub.

Namizəd Vahid Əhmədov onunla görüşə gəldiklərinə görə sakinlərə təşəkkürünü bildirib və qeyd olunan problemlərin həlli istiqamətində görülən tədbirlərdən və bundan sonra da görüləcək işlərdən danışıb və növbəti 5 ildə də xalqın ehtiyaclarının problemlərinin həlli istiqamətində çalışacağını qeyd edib.


Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi