Modern.az

General Akif Çovdarovun oğlu işdən çıxarıldı

General Akif Çovdarovun oğlu işdən çıxarıldı

27 Oktyabr 2015, 17:51


MTN-in idarə rəisi, eks-nazir Eldar Mahmudovun “kassiri” kimi tanınan general Akif Çovdarovun oğlu Ruslan Çovdarov Milli Məclis aparatındakı məsləhətçi vəzifəsindən çıxarılıb.

Bu barədə virtualaz.org saytına məlumatlı mənbə bildirib.

Hazırda Milli Məclisin aparatında Akif Çovdarovun qohumu da işləyir, ancaq mənbə onun sonrakı taleyi barədə informasiyaya malik deyil.

Qeyd edək ki, Ruslan Çovdarov xeyli müddətdir Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsində sektor müdiri işləyir.

Xatırladaq ki, Akif Çovdarova 2012-ci ilin martında general-mayor rütbəsi verilib. Ötən ilin martında isə 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif edilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi