“Dostlar, mən heç bir yerə qaçmadım. Noyabr ayının 2-si Bakıda olacağam. Ciddi problem səbəbindən Türkiyədəyəm”.
Modern.az xəbər verir ki, bunu Ümid Partiyasının sədr müavini, 19 saylı Nərimanov Birinci Seçki Dairəsindən deputatlığa namizəd Ramin Hacılı bildirib.
Ramin Hacılı onun haqqında yayılan xəbərlərə belə aydınlıq gətirib:
“İki gün yolda oldum. Kiməsə xəbər edə bilmədim. Yaxşı oldu, dost və düşmən kəsilən bilindi. Kiməsə borcum yoxdur. İş görürəm. Bu əsnəda alınmayan işlərə görə qaytaracaqlarım var və onlar da bir həftə gözləyəcək, gəlib həll edəcəyəm”.
Bir qrupun iddia etdiyi kimi külli miqdarda borcum yoxdur. Gəlincə, məhkəməyə müraciət edəcəyəm və həqiqəti ortaya çıxaracağam.
Fürsətçilik etməyin. Adamın başına iş gələr. Lütfən, bir həftə gözləyin”.
Qeyd edək ki, “Qafqazinfo”ya şikayət edən və adaının açıqlanmasını istəməyən iranlı vətəndaş Ramin Hacılının ona və bir qrup yoldaşına qarşı dələduzluq etdiyini bildirib.
Modern.az