54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd Tahir Süleymanov təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.
Tahir Süleymanov bu gün Şabran Su-kanal İdarəsində Mədəniyyət işçiləri ilə görüşünü davam etdirib.
Seçicilərin yüksək fəallığı ilə keçən görüşdə Tahir Süleymanov ona olan etimada görə təşəkkürünü bildirib.
Namizəd daha sonra Ağalıq kənd mədəniyyət evində adı çəkilən kəndin sakinləri ilə də görüşüb.
Mədəniyyət işçiləri və kənd əhalisi görüşdə çıxış edərək Tahir Süleymanovu yekdilliklə dəstəklədiklərini və seçkilərdə ona səs verəcəklərini bildiriblər.
Modern.az