Polkovnik İsmayıl Bağırov milli təhlükəsizlik nazirinin vəzifəsini icra edən general-leytenant Mədət Quliyevin bu gün imzaladığı əmrlə MTN Əks-Kəşfiyyat İdarəsinin rəisi təyin edilib. Modern.az Virtual.az-a istinadən xəbər verir ki, General Quliyevin digər əmri ilə isə polkovnik Sahib Nağıyev nazirin katibliyinin rəis müavini təyin olunub.
Mədət Quliyevin əmri ilə Ceyhun Şadlinski MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.
MTN-in İstintaq İdarəsinin rəisi, general-mayor Mövlan Şıxəliyev və MTN əməkdaşı Elşad Mahmudov isə tutduqları vəzifədən azad olunublar.
Qeyd edək ki, hazırda sərəncamda olan Elşad Mahmudov sabiq nazir Eldar Mahmudovun qohumu deyil.
Modern.az