Modern.az

Sarkozi Putinlə görüşmək üçün Moskvaya gedir

Sarkozi Putinlə görüşmək üçün Moskvaya gedir

Təhsil

28 Oktyabr 2015, 10:02


Fransanın sabiq prezidenti Nikolya Sarkozi oktyabrın 29-da Moskvaya səfər edəcək.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, siyasətçi Moskva Beynəlxalq Əlaqələr Universitetinin tələbələri qarşısında mühazirə ilə çıxış edəcək. Bundan başqa, Sarkozi Rusiya prezidenti ilə də görüşəcək.

Səfər zamanı Sarkozini keçmiş ədliyyə naziri Rəşidə Dati, respublikaçıların parlament fraksiyasının lideri Kristian Jakob və digər fransız siyasətçiləri müşaiyət edəcək.  

Sabiq prezident mühazirə dedikdən sonra Rusiya-Fransa Sənaye-Ticarət Palatasının təşkil edəcəyi günorta yeməyində iştirak edəcək. Axşam saatlarında isə Putin-Sarkozi görüşünün baş tutacağı ehtimal olunur.  

Nikolya Sarkozi 2017-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.    

Vüqar İsmayılov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi