İtaliya çempionatının 10-cu turunda “Bolonya”nın öz meydanında qarşılaşdığı “İnter”lə oyunda maraqlı məqamlar yaşanıb. Modern.az xarici mediaya istinadən bildirir ki, “İnter”in 1:0 hesabı ilə qalib gəldiyi oyunda “Qalatasaray”dan bu il İtaliya klubuna transfer edilən braziliyalı yarımmüdafiəçi Felipe Melo 60-cı dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan qovulub.
Bu, oyunda “İnter”in ilk itkisi olmayıb. Qalib komandanın tanınmış baş məşqçisi Roberto Mançini də əsəblərini cilovlaya bilməyib. Braziliyalı futbolçunun oyundan qovulmasına şiddətlə etiraz edən Mançini oyunun son dəqiqəsində hakimlərə təkrar etiraz edib. O, dördüncü hakimə dönərək “Eşşəklər” deyib qışqırınca, sahədən uzaqlaşdırılıb.
Modern.az