Modern.az

Azərbaycanı “Ginnesin rekordlar kitabı”na salan FACİƏ

Azərbaycanı “Ginnesin rekordlar kitabı”na salan FACİƏ

Təhsil

28 Oktyabr 2015, 11:28

20 il bundan əvvəlin məhz bu günü  Bakı Metropolitenində “Ulduz “ və ” Nərimanov”  stansiyaları arasında faciəvi qəza  baş vermişdi.

Modern.az xatırladır ki, 1995-ci ilin 28 oktyabrında baş vermiş bu qəzada 300 isan həyatını itirmiş,  400 nəfər isə yaralanmışdı.

Hadisə baş verdikdən sonra aparılan araşdırmalar nəticəsində qəzaya səbəb kimi “Ulduz” və “Nəriman Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın mühərriklərindən birində yanğın baş verməsi göstərildi.

Maşinist qatarı tuneldə saxlamış və təşviş içində olan insanlar  vaqonlardan çixaraq tunel boyu qaçmağa başlamışdılar. Hava çəkmə sistemi yararsız olduğundan və insanlar bir-birilərinin ayaqları altında qaldıqlarından xeyli adam həlak olmuşdu.

Qeyd edək ki, bu faciəvi qəza “Ginnesin rekordlar kitabı” redaksiyasını dünyanın  ən dəhşətli metro qəzaları siyahısına bir daha yeniləməyə məcbur etdi.  Nəticədə o vaxt “birincilik” Azərbaycana ötürüldü.

Ağa Akifoğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi