86 saylı İsmayıllı seçki dairəsindən deputatlığa namizəd Novruz Aslanov növbəti izdihamlı görüşləri şəhərin Mican, Aşağıbaş, Yuxarıbaş, Qəzli sakinləri, həmçinin rayonda fəaliyyət göstərən müəssisə və təşkilatların nümayəndələri ilə keçirib.
Novruz Aslanov çıxışında sosial-iqtisadi sahədə dövlətin həyata keçirdiyi uğurlu siyasətdən danışıb, ölkə başçısının xüsusilə iş adamlarına göstərdiyi qayğısından, rayon sakinlərinin rifah halının yüksəldilməsi istiqamətində dövlətin həyata keçirdiyi layihələrdən söhbət açıb.
Məlumat üçün bildirək ki, bu günə kimi Novruz Aslanov 70 kəndin əhalisini əhatə edən 50-dən çox kənddə və İsmayıllı şəhər seçicilərilə görüşlər keçirib.
Hazırda görüşlər İsmayıllı şəhərində müxtəlif sahələrdə çalışan nümayəndələri ilə davam etdirilir.