Çinin Xenan vilayətinin Çjumadyan şəhərində maraqlı kriminal hadisə vaş verib.
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bölgədə nüfuz sahibi olan Şi soyadlı milyarderin 16 il əvvəl bank soyğununda iştirak etdiyi ortaya çıxıb.Məlumata görə polis daşınmaz əmlak alqı-satqısı sferasında milyardlarla dollar pul qazanan iş adamını 3 cinayət ortağı ilə birlikdə yaxalayıb.
Kriminal epizodun 1999-cu il dekabrın 5-də baş verdiyi bildirilir. Həmin vaxt cinaytkar banka hücum edərək 2 milyon yuan (320 min dollar) pul aparmışdılar.
Çin polisinin məlumatına görə bankın yarılması ideyası Şiyə məxsus olub. Cinayət əməli uğurla başa çatdıqdan sonra o əldə etdiyi pulu daşınmaz əmlaka yatıraraq milyarder olub.
Vüqar İsmayılov