“Zadə ilə ötən həftə də danışdım, bu həftə də. Maşallah olsun hər şey yaxşıdır. Sağlamlığı tam olaraq yerindədir. Hətta sonradan ona mesaj yazdım ki, sizin gümrah səsinizi eşidəndən sonra insanda həyat eşqi daha da çoxalır”.
Bunu Modern.az saytına açıqlamasında məşhur alim, dünyanın bir çox universitetlərində mühazirələr oxuyan professor Rafiq Əliyev bildirib. R.Əliyev elmi sələfi, olan dünya şöhrətli Azərbaycan əsilli alim Lütfi Zadə haqqında danışarkən deyib.Qeyd edək ki, hazırda ABŞ-ın Kaliforniya ştatında yaşayan və çalışan 94 yaşlı alim ötən il əməliyyat olunub.
Dünya çapında tanınan alim iş fəaliyyətini bu gün də qoruyur və elmi araşdırmaları ilə məşğul olur. Həkimlər təyyarədən istifadə etməyi alimə qəti qadağan edib.
Elmin NURİ