Modern.az

Hadı Rəcəbli seçiciləri ilə silsilə görüşlər keçirib - FOTOLAR

Hadı Rəcəbli  seçiciləri ilə silsilə görüşlər keçirib - FOTOLAR

Təhsil

28 Oktyabr 2015, 13:07


Yeni Azərbaycan Partiyası tərəfindən 74 saylı Lənkəran kənd seçki dairəsindən namizədliyi irəli sürülmüş Hadı Rəcəbli  rayonun ayrı-ayrı əhali qurupları ilə silsilə görüşlər keçirib.

Növbəti görüşdə iştirak edən “Qarabağ Müharibəsi Veteranları” , “Qarabağ Müharibəsi Əlilləri”, “Çernobil Əlilləri”, “İyirmi Yanvar Faciəsi Əlilləri” cəmiyyətlərinin sədrləri Hadı Rəcəbli ilə görüşdən çox məmnun qaldıqlarını bildiriblər.

“Qarabağ Müharibəsi Əlilləri” cəmiyyətinin sədri Əbulfət Əliyev, Hadı müəllimi bütün Lənkəranlıların çox yaxşı tanıdığı və dərin hörmət bəslədikləri bir namizəd olduğunu qeyd etmişdir.

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri işlədiyi dövrdə, həmişə Qarabağ Veteranları və Əlilləri onun diqqət və qayğısı ilə əhatə olmuş, daima onların problemləri ilə maraqlanıb.

Otaq şəraitində keçən səmimi görüşdə veteranlardan İlham Qurbanov, Saleh Dostiyev, Anar Kələntərli və başqaları Hadı müəllimin Milli Məclisdə onlara aid həyata keçirtdiyi qanun layihələrini alqışlamış, lakin bu layihələrdə bəzi boşluqlar olduqlarınıda söyləyiblər.

Çernobil əlili olan Anar Kələntərli ev növbəsindəki Qarabağ əlillərinin növbə çatmamış vəfat etdikdə evin onun ailəsinə verildiyi halda, bunun çernobil əlillərinə şamil edilmədiyini qeyd edib

. Ümumilikdə görüş iştirakçıları hörmətli Prezidentimiz İlham Əliyev cənablarının orta və kiçik sahibkarlığın inkişafı üçün verdiyi sərəncamlardan və bu sahibkarlığın inkişafına mənfi təsir göstərən  saysız yoxlamaların ləğvindən söz açmış, bundan məmnun qaldıqlarını bildiriblər. Hadı Rəcəbli onun görüşünə gələn bütün veteran və əlillərin qayğılarını bilavasitə öz qayğıları bildiyini  vurğulamış və həmişə onlarla keçirilən görüşlərin yadda qalan və əhəmiyyətli olduğunu deyib.

Sonda görüş iştirakçıları noyabırın 1-də keçiriləcək parlament seçkilərində yekdilliklə ona səs verəcəklərini söz vermişlər. Görüş xatirə şəkli çəkdirməklə başa çatıb.


Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi