Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Təhsil

28 Oktyabr 2015, 13:13

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah- oktyabrın 29-da Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 10-12, gündüz 12-15, Bakıda gecə 10-12, gündüz 12-14 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Oktyabrın 29-da Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-12, gündüz 12-16, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacaq.

Modern.az

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi