Modern.az

Zizik kəndindən Vahid Əhmədova dəstək

Zizik kəndindən Vahid Əhmədova dəstək

Təhsil

28 Oktyabr 2015, 14:23


52 saylı Quba seçki dairəsindən millət vəkilliyinə namizəd, hazırkı millət vəkili Vahid Əhmədov Quba rayonun Zizik kəndində sakinlərlə görüşüb.

Kəndin mərkəzində baş tutan görüşdə havanın soyuq və yağmurlu olmasına baxmayaraq xeyli seçici namizədlə görüşə gəlib. Namizədin vəkili İsa Şirinov Vahid Əhmədovun keçdiyi həyat yolu barədə danışdıqdan və sakinləri məlumatlandırdıqdan sonra söz kənd sakinlərinə verlib.

Çıxış edənlər kənddə mövcud problemlərdən danışıb, onların həlli istiqmaətində  Vahid Əhmədova inandıqlarını bildiriblər. 2 dəfə onların etimadını qazanaraq millət vəkili seçilən Vahid Əhmədovun bu 10 ildə kəndin problemlərinin həllində, sakinlərin şikayət və təkliflərinin aidiyyatı qurumlara çatıdırlmasında xeyli əmək sərf etdiyini bildirən kənd sakinləri millət vəkili qarşında qaldırdıqları məsələlərin həll edildiyini nəzərə alaraq mövcud problemlərin də həlli istiqamətində yenə də Vahid Əhmədovun onlara dəstək olacağını bildiriblər.

Görüşdə sakinlər tərəfindən kənddaxili yolların asvaltlaşdırıması, elektrik dirəklərinin yenilənməsi, içməli və suvarma su təchizatının yaxşılaşdırılması, istifadəyə yararsız vəziyyətə düşmüş Zizik kənd məktəbi üçün yeni məktəb binasının tikilməsi kimi təkliflər irəli sürülüb.

Havanın soyuq olmasına baxmayaraq onunla görüşə gəldiklərinə görə seçicilərinə təşəkkür edən Vahid Əhmədov son illərdə ölkəmizdə aparılan quruculuq işlərindən, uğurlu daxili və xarici siyasətdən bəhs edib. Bildirib ki, son 13 ildə cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanın inkişafı, əhalnin rifah halının yaxşılaşdırılması istiqmaətində atılan addımlar günü- gündən ölkəmizin həm inkişafını, həm də nüfuzunu artırmaqdadır.

Bu gün Azərbaycanın əsas məqsədlərindən biri siyasi və iqtisadi müstəqilliyinin qorunub saxlanılmasına, müstəqil siyasət yürütməsinə hesablanıb. Bu baxımdan da bir sıra dövlətlər bununla razılaşmayaraq ölkəmizə qarşı qarayaxma kampaniyası aparırılar.

Ölkəmizdə baş tutacaq bu seçkilər də bir daha demokratiya pərdəsi altında gizlənən həmin qüvvələrə əsl demokratiyanın nümunəsini göstərəcəkdir. Bu baxımdan namizəd hər bir vətəndaşı seçkilərdə mütəşəkkil iştiraka çağırıb. Cənab Prezidentin siyasətini dəstəklədiyini bildirən Vahid Əhmədov son həftələrdə cənab Prezident tərəfindən aparılan islahatların əhalinin rifah halının yüksəlməsinə xidmət etdiyini bildirib.

Xüsusilə ölkə başçısı tərəfindən aparılan uğurlu xarici və daxili siyasətin nəticəsində  əsas gəlirləri neftdən olan ölkəmizdə neftin qiymətinin yarıbayarı azalmasına baxmayaraq ciddi iqtisadi problemlərin olmadığnı diqqətə çatdırıb və 2016-ci ildə də ciddi problemlərin olmayacağını bildirib.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi