Modern.az

Qənirə Paşayeva Hunanlar kəndində seçicilərlə görüşüb

Qənirə Paşayeva Hunanlar kəndində seçicilərlə görüşüb

Təhsil

28 Oktyabr 2015, 14:33


Millət vəkili Qənirə Paşayeva  Hunanlarda seçicilərlə görüşdə sizin kəndin qaz problemi ilə bağlı ən azı 10 dəfə "Azəriqaz"la müzakirə aparmışam, inanıram ki, yaxın zamanlarda həllini tapar deyib. 

Hunanlar kəndində seçicilərlə görüşdə  Qənirə Paşayeva ötən 10 illik deputat fəaliyyəti  dövründə  Tovuzun və tovuzluların problemlərinin həlli üçün bir deputat kimi əlindən gələni etməyə çalışdığını vurğulayıb.  “Bu 10 ildə sizə vicdanla, məsuliyyətlə, ləyaqətlə, sizin layiq olduğunuz səviyyədə xidmət etməyə çalışdım” – deyən Qənirə Paşayeva ona göstərilən etimad çərçivəsində beynəlxalq təşkilatlarda, bir sıra ölkələrlə dostluq qrupunun üzvü, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri kimi fəaliyyəti zamanı da seçicilərini və ölkəmizi ləyaqətlə təmsil etmək üçün bütün gücü ilə çalışdığını deyib. 

Qənirə Paşayeva bildirib ki, Tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə  ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq və yenidən namizədliyini irəli sürməsində də məqsədi budur.

“Bütün fəaliyyətim boyu Sizi özümdən əvvəl düşündüm və sizin etimadınızı bir an belə olsa itirməmək üçün çalışdım” – deyən millət vəkili vurğulayıb ki, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında inkişaf edən ölkəmiz üçün bundan sonra da birlikdə çox çalışmalı, hər kəs əlindən gələni etməlidir.

Qənirə Paşayeva 105 saylı dairəni təmsil edən millət vəkili kimi daim fəaliyyəti ilə bağlı seçiciləri qarşısında hesabat verdiyini vurğulayıb  və  onların qarşısında 10 illik fəaliyyəti ilə bağlı hesabat verib.  Girzana gələn yolun yüksək səviyyədə düzəldilməsi, kənddə Yaponiya səfirliyinin dəstəyi ilə müasir tibb məntəqəsinin tikilərək istifadəyə verilməsi kimi öz həllini tapan problemlərdən danışan millət vəkili Qənirə Paşayeva həllini gözləyən iki problem barədə də danışıb. Millət vəkili olduğu  105 saylı Tovuz seçki dairəsinə aid kəndlərdənn sadəcə Hunanlara təbii qazın verilmədiyini deyən millət vəkili Qənirə Paşayeva  "sizin kəndin qaz problemi ilə bağlı ən azı 10 dəfə "Azəriqaz"la müzakirə aparmışam,  3-4 dəfə bu məsələni Milli Məclisdə qaldırmışam və inanıram ki, yaxın zamanlarda bu məsələ həllini tapar" deyib.

Millət vəkili Qənirə Paşayeva  Hunanlar seçicilərinin ona məktəblərinin təmiri ilə bağlı müraciətini Təhsil Naziri Mikayıl Cabbarovla müzakirə apardığını və Hökumətə müraciət etdiyini deyib və bu məsələnin də öz həllini tapacağına inandığını deyib.  

Seçki platforması barədə də ətraflı məlumat verən və hər bir seçicinin 1 noyabr seçkilərində fəal olmasının və seçkilərdə iştirakının vacibliyini vurğulayan Qənirə Paşayeva seçkilərin azad və şəffaf keçiriləcəyinə əminliyini bildirib. Görüşdə iştirak edən seçicilər Qənirə Paşayevanın deputat kimi fəaliyyətindən razılıqlarını ifadə ediblər,  onun 10 illik millət vəkili fəaliyyəti dövründə onların Milli Məclisdə səsi olduğunu və hər zaman kənd sakinləri ilə bağlı məsələlərə böyük həssaslıq və qayğı ilə yanaşdığını deyərək “Siz hər zaman bizim yanımızda oldunuz.

Biz  də səsimizlə sizin yanınızdayıq və inanırıq ki, bundan sonra da hər zaman bizim səsimiz olacaq və bizi layiqli şəkildə təmsil etməyə davam edəcəksiniz” fikirləri ilə Qənirə Paşayevaya uğurlar diləyiblər. Q.Paşayeva  seçicilərə dərin təşəkkürünü bildirib və bu etimadınızı doğrultmaq üçün bundan sonra da yorulmadan çalışacam deyib.  Seçicilər görüş zamanı müəyyən məsələlərin,  problemin həlli ilə bağlı fikir və təkliflərini də Qənirə Paşayeva çatdırıblar və onların həlli istiqamətində də dəstəyini əsirgəməyəcəyinə inandıqlarını bildiriblər.  

Millət vəkili Q.Paşayeva  Hunanlar kənd sakinləri ilə  görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq  Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. 

Millət vəkili Qənirə Paşayeva həmçinin həmin kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Seçicilər millət vəkili ilə görüşdə ünvanlı sosial yardıma ehtiyac olan insanların daha çox olduğunu bildirərək ona müraciət ediblər və o da bununla bağlı rayonda bu sahəyə cavabdeh qurumla həmin müraciətlərə qısa zamanda baxılmasına dair müzakirələr aparıb.

Sakinlər özəlliklə iş yerlərinin artmasına xidmət edən layihələrə böyük ehtiyac olduğunu  xüsusi vurğulayıblar. Millət vəkili kənd sakinləri ilə görüşdən sonra bir sıra vətəndaşları tək-tək də dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib.

Millət vəkili onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını da deyib. 







Modern.az 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi