Modern.az

Dramaturq: “Yalnız "adamı" olanların əsərləri tamaşaya qoyulur”

Dramaturq: “Yalnız "adamı" olanların əsərləri tamaşaya qoyulur”

Təhsil

28 Oktyabr 2015, 15:17

Azərbaycanda teatr mədəniyyəti get-gedə inkişaf etməsinə baxmayaraq bu gün də bəzi problemlər nəzərə çarpır. Aparıcı  teatrların birində rəhbərliklə yaradıcı heyət arasındakı münasibətlərin pozulmasını buna misal göstərmək olar.

Teatrların daha bir əbədi problemi isə repertuarla bağlı olub. Dramaturq, filosof Firuz Mustafa Modern.az-a açıqlamasında ölkənin aparıcı teatrlarındakı repertuar probleminə bu cür münasibət bildirib:

“Əsərlərimə 30-dan çox quruluş verilib. Amma orası doğrudur ki, son zamanlar teatrlara yaxın düşmək müşkülə çevrilib. Mənim bütün teatrların qovluğunda əsərlərim "yatır". Həqiqəti dediyimə görə, əleyhimə total təbliğat gedir. Əgər zəhmət çəkib teatrların afişasına nəzər salsanız, maraqlı bir mənzərə ilə qarşılaşarsınız: yalnız vəzifəsi, titulu, sərvəti, "adamı" olanların əsərləri tamaşaya qoyulur. Təkcə iqtisadi sahədə yox, elə mədəniyyət sahəsində də bir monopoliya yaranıb. Gözləyirəm, yəqin ki, ölkə başçısı bu "monopoliyanın" ləğvi haqda da bir qərar verəcək... Bax onda teatrlarda da əsl rəqabət yarana bilər...”.

Elmin NURİ 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi