Milli Məclisdə akkreditasiya olunmuş bir qrup media təmsilçisi millət vəkili, 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd Fuad Muradovun seçki qərargahında olublar.
Qərargahda iş prosesi ilə tanışlıqdan sonra keçirilən görüşdə bildirilib ki, Fuad Muradov 10 il ərzində Parlamentin ən fəal deputatlarından olub. Parlament jurnalistləri arasında keçirilən sorğu nəticəsində Fuad Muradov 4-cü çağırış Milli Məclisində beş ilin ən fəal deputatı seçilib.
Fuad Muradov media nümayəndələrinə təşşəkürünü bildirib. Qeyd edib ki, bu gün Azərbaycan mediası ölkəmizdə baş verən bütün prosesləri işıqlandırır və cəmiyyətlə dövlət arasında körpü funkisyasını layiqincə yerinə yetirir.
Sonda Parlament Jurnalistləri Birliyi adından Fuad Muradova “IV çağırış Milli Məclisin ən fəal deputatı” seçildiyinə görə plaket təqdim edilib.
Qeyd edək ki, Fuad Muradov 5 dəfə “İlin ən fəal deputatı” adına layiq görülüb.
Görüşdə Fuad Muradov jurnalistləri maraqlandıran bir sıra sualları cavablandırıb.
Modern.az