Modern.az

Siyəzənlilərdən Tahir Süleymanova dəstək - FOTOLAR

Siyəzənlilərdən Tahir Süleymanova dəstək - FOTOLAR

Təhsil

28 Oktyabr 2015, 18:24


54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd Tahir Süleymanov təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.

Tahir Süleymanov bu gün Siyəzəndə təhsil işçiləri ilə görüş keçirib. 

Seçicilərin yüksək fəallığı ilə keçən görüşdə Tahir Süleymanov ona olan etimada görə təşəkkürünü bildirib. 

Son illərdə təhsil sahəsində əldə edilən uğurlardan danışan T. Süleymanov bildirib ki, bu gün artıq Azərbaycanda yetəri qədər savadlı insanlar yetişir, gələcəyimizi etibar edəcəyimiz gənclərimiz var.

Sonda Tahir Süleymanov görüş iştirakçılarına səslənərək onları 1 noyabrda keçiriləcək parlament seçkilərində aktiv şəkildə iştirak etməyə çağırıb.


 

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi