Azərbaycan milli təhlükəsizlik nazirinin vəzifələrini icra edən general-leytenant Mədət Quliyevin əmri nazirliyin Hərbi Əks-kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor Nizami Talış oğlu Şirinov vəzifəsindən azad edilib.
Modern.az-ın xəbərinə görə bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Xatırladaq ki, Nizami Şirinov bu vəzifəyə təyin olunana qədər Prezident yanında Xüsusi İdarənin əməkdaşı olub.Modern.az