Modern.az

Fitosanitar Nəzarəti Xidməti zərərvericilərə qarşı mübarizə aparır

Fitosanitar Nəzarəti Xidməti zərərvericilərə qarşı mübarizə aparır

Təhsil

29 Oktyabr 2015, 10:39

Yay fəslinin sonları və payızın əvvəllərində respublika ərazisində siçanabənzər gəmircilərin çoxalması və yeni sahələrə yayılması üçün əlverişli şərait yaranır.

Bu ilin sentyabr ayında İsmayıllı, Qəbələ, Qusar və Qobustan rayonlarında 10 min hektara yaxın ərazidə aparılan müşahidələr zamanı siçanabənzər gəmiricilərin sayı iqtisadi ziyanvurma həddindən çox olduğu üçün 5700 hektar ərazidə kimyəvi mübarizə, digər ərazilərdə isə zərərvericilərin sayı İqtisadi Ziyanvurma Həddindən (İZH) az olduğuna görə aqrotexniki mübarizə tədbirlərinə başlanılıb.

Dənli bitkilərin əkin sahələrində çıxış alınması ilə eyni vaxtda taxıl böcəyinin sürfələrinin də zərərli fəaliyyətə başlaması müşahidə olunub. 

Əsasən dağətəyi dəmyə taxıl sahələrinə zərər verməsi ilə xarakterizə olunan bu zərərvericiyə qarşı Şəki və Qax rayonlarına 340 hektar ərazidə kimyəvi mübarizə aparılması üçün dərman preparatları ayrılmış və mübarizə tədbirlərinə start verilib.         

Kartofun təhlükəli karantin zərərvericisi olan kartof güvəsinin anbarlarda saxlanan ərzaq kartofu və toxumluq kartof yumrularına ciddi zərər vurduğunu nəzərə alaraq, Tovuz rayonunda 3000 ton kartofu biolojı preparatlarla (Bacillus Thuringiensis) dərmanlanmış, daha 6500 ton toxumluq kartofun dərmanlanmasına başlanıb.  

Kənd təsərrüfatı məhsullarının istehsalı zamanı müxtəlif çeşidli pestisidlərdən çox istifadə edilməsi ətraf mühitin çirklənməsinə, faydalı canlıların məhv olmasına, ekoloji tarazlığın pozulmasına və istehsal olunmuş məhsullarda insan üçün zərərli olan pestisidlərin qalıq miqdarlarının toplanmasına səbəb olur.

Bunları nəzərə alaraq respublikamızda tam təhlükəsiz olan bioloji mübarizə tədbirlərindən istifadəyə önəmli yer verilməkdədir.  

Qeyd edək ki, Dövlət Xidməti tərəfindən ölkə ərazisində həyata keçirilən fitosanitar monitorinqlərinin nəticələrinə uyğun olaraq, mübarizə tədbirləri davam etdirilir.  

Modern.az
Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi