Modern.az

Adil Əliyev: “Bəzi beynəlxalq təşkilatlar ölkəmizə qarşı ikiüzlü siyasət aparırlar”

Adil Əliyev: “Bəzi beynəlxalq təşkilatlar ölkəmizə qarşı ikiüzlü siyasət aparırlar”

29 Oktyabr 2015, 11:48


20 saylı Nərimanov ikinci Seçki Dairəsindən bitərəf namizəd Adil Əliyev parlament seçkiləri ərəfəsində seçicilərlə növbəti görüşünü keçirib.

Hər zaman olduğu kimi bu dəfə də Adil Əliyev Nərimanov rayonu ərazisində keçirdiyi görüşlər insanların kütləvi iştirakı və aktivliyi ilə seçilib.

Deputatlığa namizəd Adil Əliyev görüşdə ötən beş illik deputat fəaliyyəti barədə danışaraq qeyd edib ki, o, bu illər ərzində rayon sakinlərini Milli Məclisdə layiqincə və ləyaqətlə təmsil etmək üçün var qüvvəsi ilə çalışıb:

"Bu 5 il ərzində millət vəklili seçildiyim dairə üzrə hər bir ailənin üzvü olmağa çalışdım, uğurlarınıza sevindim, kədərimi isə öz kədərim hesab etdim. Problemlərinizin həlli istiqamətində əlimdən gələni etməyə çalışıdım. Bu illər ərzində seçicilərimin mənə olan etimadını nəzərə alaraq, yenidən məhz elə bu dairədən- 20 saylı Nərimanov ikinci Seçki Dairəsindən namizədliyimi irəli sürdüm. Düşünürəm ki, sizlərin inam və etimadını yenidən qazanacağam”. 

Adil Əliyev çıxışında Qarabağ məsələsinə də toxunaraq, beynəlxalq təşkilatları tənqid edib. “Bu gün adlarını  beynəlxalq və insan haqları qoyan bəzi təşkilatlar ölkəmizə qarşı ikiüzlü və məkrli siyasət aparırlar. Bir dəfə olsun ki, Ermənistanın Qarabağı işğal etdiyi üçün sərt tənqid etmirlər. Amma,bir iki nəfərə görə, az qala dünyanı ayağa qaldırırlar. 1 milyonda çox insanın qaçqın yaşamasına heç bir reaksiya vermirlər və özlərini görməzliyə vururlar. Bu, bir daha onların mahiyyətini ortaya qoyur. Onlara güclü Azərbaycan lazım deyil. Çünki Yaxın və Orta Şərqdə yaratdıqları vəziyyət göz önündədir”,-deyə millət vəkili əlavə edib.

Görüş iştirakçıları isə mövcud problemlər barədə namizədə məlumat veriblər, təkliflər irəli sürüblər. Sonda görüşdən razı qalan sakinlər Adil Əliyevin işgüzarlıq keyfiyyətləri barədə xəbərdar olduqlarını vurğulayıblar. Onlar Adil Əliyevi yenidən millət vəkili kimi görmək istədiklərini və 1 noyabr seçkilərində yalnız ona səs verəcəklərini söyləyiblər.


Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi