İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncani 1980-ci illərdə İranın nüvə bombası yaratmaq niyyətində olduğnuu deyib. Modern.az xarici KİV-ə isitnadla xəbər verir ki, Rəfsəncani müsahibə zamanı İraqla davam edən 8 illik müharibə zamanı ölkə rəhbərliyinin bu niyyətdə olduğunu deyib: “Biz prosesə başlayanda, müharibə vəziyyətində idik və düşmənin nüvə silahını tətbiq etməsinə qarşı hazır olmaq istəyirdik. O vaxt bunu düşünsək də, sonralar bu niyyətimizi gerçəkləşdirməkdən vaz keçdik”.
O, bununla belə, İranın dinc nüvə proqramı ilə yanaşı, daim ətrafındakı düşmənlərdən qorunmaq üçün nüvə silahı ideyasının da olduğunu deyib.
Eks-prezident etiraf edib ki, Pakistana səfər edərək, bu ölkədə nüvə proqramının rəhbəri olan Əbdül Qədir Xanla görüşüb, lakin nəticəsi olmayıb.
81 yaşlı Əli Əkbər Rəfsəncani 1980-1989-cu illərdə İran Məşvərət Şurasının sədri, 1989-1997-ci illərdə isə İran İslam Respublikasının prezidenti olub.
Vüqar İsmayılov