Modern.az

Çingiz Qənizadə seçiciləri ilə fərdi görüşlər keçirir - FOTOLAR

Çingiz Qənizadə seçiciləri ilə fərdi görüşlər keçirir  - FOTOLAR

29 Oktyabr 2015, 12:04


80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə İmişli şəhərində yerləşən qərargahında fərdi olaraq seçicilərin qəbulunu həyata keçirir.

Seçki Qərargahının mətbuat xidmətindən verilən məlumata görə, Ç.Qənizadənin oktyabrın 9-dan start verilmiş təbliğat  xarakterli görüşləri uğurla yekunlaşıb və bu görüşlər  ümumilikdə seçki dairəsinin ərazisində yerləşən 41 kəndin hamısını əhatə edib. 

Çoxsaylı seçicilərin iştirak etdiyi bu görüşlərdə  Ç.Qənizadə onlara müraciət edərək bildirib ki, təbliğat xarakterli görüşləri yekunlaşdırdıqdan sonra oktyabrın 28-i səhər saatlarından başlayaraq oktyabrın  30-u axşam saat 18:00-a kimi İmişli şəhərində yerləşən seçki qərargahında seçicilərin fərdi qaydada qəbulu həyata keçiriləcək.

“Hər biriniz sizi narahat edən məsələ ilə bağlı qəbula gəlib mənə müraciət edə bilərsiniz”, - deyə Ç.Qənizadə seçicilərini qəbula dəvət edib.

Qeyd edək ki, qəbulun ilk günündə 100-ə kimi seçici müraciət edib.


Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi