Müsavat Partiyasında qalmaqal yaranıb. Partiya Divanının 1 noyabr parlament seçkilərində iştirakdan imtina qərarı verməsi bu siyasi təşkilatdan deputatlığa namizəd olanların narazılığı ilə qarşılanıb.
Modern.az saytı xəbər verir ki, Müsavat Partiyasından deputatlığa bəzi namizədlər (İsa Qəmbər, Arif Hacılı, Mustafa Hacılı və s.) seçkilərdən geri çəkildiklərini bəyan etsələr də, digər namizədlər Divanın qərarına tabe olmadıqlarını nümayiş etdiriblər.
Müsavat Partiyasın deputatlığa namizədləri Razim Əmiraslanlı (120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi), İltizam Əkbərli (79 saylı İmişli seçki dairəsi), İkram İsrafil (115 saylı Şəki kənd ikinci seçki dairəsi), Tural Abbaslı Müsavat Divanının qərarına tabe olmayan namizədlərdəndir.
Adları çəkilən namizədlərin sosial şəbəkələrdəki açıqlamalarından belə məlum olub ki, onlar seçkilərdə sonadək iştirak edəcəklər.
Modern.az