Afrika Birliyi Cənubi Sudanda 2013-cü ilin sonunda başlayan qarşıdurmalarda, həm ordunu, həm də üsyançıları döyüş cinayəti işləməklə günahlandırıb. Modern.az xarici mediaya istinadən bildirir ki, döyüş cinayəti iddialarını araşdırmaq üçün yaradılan komissiya inanılmaz nəticələr əldə edib. Cinayət, işgəncə, təcavüzlə yanaşı, insanların ölü əti yeməyə və qan içməyə məcbur edildiyi aydın olub.
Komissiyanın hesabatında bu cinayətlərin əksəriyyətinin vətəndaşlara qarşı törədildiyi qeyd edilib. Bununla birlikdə komissiya, döyüş əsnasında soyqırım cinayəti baş vermədiyini iddia edib.
Cənubi Sudanda avqust ayında imzalanan barış razılaşmasına baxmayaraq, atəşkəsin tez-tez pozulması səbəbi ilə gərginlik davam edir. Vətəndaş müharibəsində on minlərlə adam həyatını itirib, iki milyon adam evlərini tərk etmək məcburiyyətində qalıb.
Cənubi Sudanın son 60 ilinin 42-si döyüşlə keçib. Nigeriyanın keçmiş prezidenti Olusegun Obasanjonun başçılığı ilə keçən il yaradılan komissiya Juba, Bor, Bəndisi və Malakal şəhərlərində insanların mərhəmətsizcə öldürüldüyünü, qaçırılan qadınların cinsi şiddətə məruz qaldıqlarını bəyan edib.
Paytaxt Jubadakı bəzi şahidlər komissiyaya, insanların yeni öldürülən şəxslərin ətlərini yeməyə və qanlarını içməyə məcbur edildiklərini söyləyiblər.
Modern.az