Yeni Azərbaycan Partiyasının 74 saylı Lənkəran kənd seçki dairəsindən namizədliyi irəli sürülmüş Hadı Rəcəbli quruplarla, silsilə görüşlərini davam etdirib. Növbəti görüş kənd təsərüfatı, kiçik aqrar müəssisənin işçiləri ilə olub. Söhbət əsnasında aqrar bölmənin işçiləri 2015-ci ilin “Kənd təsərrüfatı ili” olduğnu xatırladaraq, prezident İlham Əliyevin kiçik sahibkarlığın inkişafı ilə bağlı son günlərdə verdiyi qərar və sərəncamlarını yüksək qiymətləndiriblər. Onlar qeyd ediblər ki, Azərbaycan kəndinin inkişafında və əhalinin güzəranının yaxşılaşmasında bu sənədlər xüsusi rol oynayacaq.
Fermer təsərüfatının başçısı Səxavət Əliyev qeyd edib ki, son illər Azərbaycan bazarında çiçək, gül kolları və digər dekorativ bitkilərə böyük ehtiyac yaranıb.
“Bununla bağlı biz də bazara uyğunlaşır və təsərüfatımızda daha çox ehtiyac olan bitkilər yetişdiririk”. O, eyni zamanda bildirib ki, yaxşı olardı Kənd Təsərrüfat Nazirliyi bu cür istehsalatların həvəsləndirilməsinə, əlaqələndirilməsinə və məhsulların tədarükünə xüsusi diqqət yetirsin.
Natavan İbadova, Aqil Teymurov, Şairə Mirzəyeva və Şair Qasımov qeyd etdiblər ki, kəndlərimizdə iş yerlərini artırmaq üçün belə kiçik sahibkarlıq müəssələrinə böyük ehtiyac var.
Görüş iştirakçıları Hadı Rəcəblinin uzun illərdi tanıdıqlarını uğurlu həyat və fəaliyyətini yaxından izlədiklərini və onunla fəxr etdiklərini bildiriblər.
Onlar qeyd ediblər ki, seçki debatları yüksək səviyyədə keçir. “Biz ailələrimizlə birlikdə noyabrın 1-də keçiriləcək parlamet seçkilərində hamılıqla seçki məntəqələrinə gedərək, Hadı Rəcəbliyə səs verəcəyik. Devizmiz belədir: “Kəndin övladı Rəcəbli Hadı”.