Modern.az

Bakıda Cümhuriyyət törəni - FOTOLAR

Bakıda Cümhuriyyət törəni - FOTOLAR

Təhsil

29 Oktyabr 2015, 13:45


29 oktyabr  Cümhuriyyət bayramı münasibəti ilə Türkiyənin Bakıdakı səfiri İsmail Alper Coşqun  başda  olmaqla Türkiyədən gələn qonaqlar, Azərbaycandan olan nümayəndələrin iştirakı ilə  Şəhidlər  xiyabanındakı cümhuriyət abidəsini ziyarət ediblər. Modern.az  xəbər verir ki, daha sonra Türkiyə səfiri Azərbaycan şəhidlərini ziyarət edərək, məşəlin önünə əkilik  qoyub.

 “ Noyabr ayında həyata keçiriləcək G20-likdə (Böyük 20-lik) Azərbaycan da iştirak edəcək”.  Türkiyənin Azərbaycandakı səfiri  Alper Coşqun media mənsublarının suallarını cavablandırarkən  belə deyib.

O, əlavə edib ki, Azərbaycan maliyyə, enerji və bu kimi toplantılarda  hər zaman iştirak edib.  “Antalyada noyabr ayında həyata keçiriləcək  G20-likdə Azərbaycan da iştirak  edəcək.”

Alper Coşqun həmçinin parlament seçkilərindən də danışıb. Səfir qeyd edib ki,  bu,  xoş bir təsadüfdür ki, Azərbaycanda və Türkiyədə parlament seçkiləri eyni gündə gercəkləşdiriləcək.

“Türkiyəli vətəndaşların Azərbaycanda səsverməsi yekunlaşdırılır. Mən istəyirəm ki,  noyabrın 1-də keçiriləcək seçkilər hüzur və barış içində bitsin.  Seçkilərdə nəticəni əvvəlcədən bilmək mümkün deyil. Amma qəti olan odur ki, seçkilərdə nəticə nə olursa olsun, Azərbaycan və Türkiyə arasında qardaşlıq hər zaman daimi sürəcək”.

Rusiyanın Suriyada həyata keçirdiyi hərbi əməliyyatları şərh edən Alper Coşqun fikirlərini bu cür ifadə edib: “Rusiya bizim üçün vacib ölkələrdən biridir. Və bir problem ortaya çıxdığında o problemin həlli yolunda iştirak etməsini  istədiyimiz bir ölkədir. Amma hər  yerdə biz  birlikdə deyilik.  Türkiyənin öz maraqları , Rusiyanın isə öz maraqları var.  Rusiyanın  Suriya da keçirdiyi tədbirlər oradakı problemləri ortadan qaldıracaq  bacarıqda deyil. Rusiyanın orada keçirdiyi hərbi hərəkata  baxdığımızda terror təşkilatını hədəfə aldıqlarını desələr də, açıq şəkildə görürük  ki, Əsəd rejiminin güclənməsinə xidmət edirlər və müxalifəti məhv etmək istəyirlər”.











Emil Rasim
Ağa Akifoğlu

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi