Oktyabrın 28-də Rusiyanın Başqırdıstan Respublikasında 7 erməni güllələnib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Salavat şəhərində, baş verən insident zamanı maskalı şəxslər Severniy küçəsindəki avtoservisə daxil olaraq oradakı şəxsləri güllələyiblər.
Xəsarət alan A.Voskanyan, T.Voskanyan, S.Qriqoryan, M.Malomyan, A.Avetyan, A.Akulyan və A.Sarkisyan ağır vəziyyətə xəstəxanaya yerləşdirilib. Məlumata görə, başından güllə yarası alan biznesmen A.Sarksiyan əməliyyat masasında ölüb.
Hadisə ilə bağlı Başqırdıstan polisi araşdırmalara başlayıb.
Vüqar İsmayılov