Modern.az

JTI Korporativ Sosial Məsuliyyət sahəsində yeni mükafatlar qazandı

JTI Korporativ Sosial Məsuliyyət sahəsində yeni mükafatlar qazandı

Təhsil

29 Oktyabr 2015, 13:48


Japan Tobacco International (JTI) şirkəti Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) tərəfindən Korporativ Sosial Məsuliyyət (KSM) sahəsində təqdim edilən “KSM-də Fərqlənmə” (CSR Excellence) mükafatlarına layiq görülüb.

JTI-ın Azərbaycanda həyata keçirdiyi dörd layihəsi müxtəlif nominasiyalarda qalib gəlib. Qeyd edilən müsabiqə AmCham tərəfindən Azərbaycanda fəaliyyət göstərən üzv şirkətlər arasında hər il keçirilir. JTI-ın dəstəyi ilə Lerik rayonunun Cangəmiran kəndində əhalinin içməli su ilə təchiz olunması layihəsi Amerika Ticarət Palatasının “Qızıl Mükafatı” ilə təltif edilib.

 Layihənin icrası nəticəsində kənddə yaşayan 2,000-ə yaxın insan təmiz və təhlükəsiz içməli su ilə təmin edilib.

Bundan başqa, Azərbaycan muğamının dünyada tanıdılması istiqamətində Beynəlxalq Muğam Mərkəzi ilə əməkdaşlıq, Azərbaycan Xalça Muzeyi ilə birlikdə ölkədə ilk dəfə “Azərbaycan Xalçası” ensiklopediyasının nəşr edilməsi və “Damla” aztəminatlı ailələrə qayğı ictimai birliyi ilə tənha qocaların və əlilliyi olan insanların ərzaq yardımı ilə təmin edilməsi layihələri də müxtəlif nominasiyalarda “Gümüş Mükafat”a layiq görülüb.

Qeyd etmək istərdik ki, JTI-ın dəstəyi ilə Kürdəmir rayonunun Qarasaqqal kəndində əhalinin içməli su ilə təmin edilməsi layihəsi də ötən Amerika Ticarət Palatasının “Gümüş Mükafatı”na layiq görülüb. Sözügedən layihə 2014-cü ildə JTI-da ən yaxşı KSM layihəsi seçilib.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi