64 saylı Sabirabad ikinci seçki dairəsindən deputatlığa namizəd Rüstəm Xəlilov təbliğat-təşviqat kampaniyasə çərçivəsində seçiciləri ilə görüşlərini davam etdirir.
R.Xəlilov bu gün Nizamikənd kəndində seçiciləri ilə görüş keçirib.Görüşdə seçicilərinin problemlərini dinləyən R.Xəlilov bildirib ki, onların həlli üçün müvafiq qurumlara müraciət edəcək.
“Sizlərin qarşılaşdığı hər problem mənim problemimdir. Ona görə də sizləri hər zaman dinləməyə və qarşılaşdığınız çətinliklərin tezliklə aradan qaldırılması üçün daima sizlərin yanındayam”.
Seçicilər də çıxış edərək R. Xəlilovun onlara göstərdiyi diqqətə görə təşəkkür edib və seçkilərdə yeganə namizədlərinə - Rüstəm Xəlilova səs verəcəklərini bildiriblər.