Modern.az

“Onları dinləmək lazım, onlarla olmaq lazım...Sizinləyəm!”

“Onları dinləmək lazım, onlarla olmaq lazım...Sizinləyəm!”

Təhsil

29 Oktyabr 2015, 16:06

 

17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd  İlhamiyə Rzayeva seçicilərlə təmasını davam etdirir. Oktyabrın 26   və 27 – sində namizədin seçki qərərgahına yüzlərlə  vətəndaş üz tutub. Kimlərsə problemlərinin şikayəti və həlli ümidi ilə, kimlərsə sadəcə layiqli bildikləri namizədlərinə bol uğur diləmək üçün. Qərərgahın nəzdində fəaliyyət göstərən “Hüquq  klinikasına” müraciət edən sakinlər bank kreditləri, pensiya, təqaüd və müavinətllərin düzgün hesablanması, mənzil kompensasiyalarının verilməsi və s bu qəbildən olan sosial məsələlərin həlli istiqamətində “Vəkil bürosu” MMC-nin rəhbəri, hüquqşünas Arzu Alıyevanın peşəkar məsləhətlərindən tam ödənişsiz faydalanıblar.

Gün ərzində “Sovetski” ərazisi boyu sakinlərlə görüşən İlhamiyə Rzayeva seçdiyi “Sizinləyəm” sloqanına sadiqliyini indidən nümayiş etdirir və könülülərin əhatəsində mütəmadi seçiciləri ilə ünsiyyətdə olaraq, onların istəklərini, seçki prosesindən gözləntilərini öyrənir. Təsadüfi deyil ki, İlhamiyə xanım təbliğat - təşviqat prosesində dəyərli seçicilərinə xitabən kampaniyanın yeni - “Etibarınız üçün minnətdaram” sloqanını gündəmə gətirib.

Neçə müddətdir ki, sosial şəbəkələrdən və mediadan İ. Rzayevanın seçki kampaniyasını müşahidə edən sosial – ictimai məsələlər üzrə araşdırmaçı Adelin Brauks da qərargahın işi ilə yaxından tanış olub. Məqsədi Azərbaycanda parlament seçkiləri ilə bağlı elmi iş yazmaq olan fransız xanım İ. Rzayevanın bu yönümdə fəaliyyətini və prosesi şəffaf aparmaq tərzini olduqca yüksək dəyərləndirib. Bir qədər sonra daha bir qonaq – sevimli aktrisamız Kübra Əliyeva  və oğlu, “Vinni” şirniyyat evinin rəhbəri  Ayaz  Bayramov uğur diləmək üçün qərərgaha baş şəkiblər.

17 saylı seçki dairəsinin seçiciləri İlhamiyyə Rzayevanın platformasında yazdıqlarına əməl edəcəklərinə tam inanırlar. Görüşlərə gələnlər vutğulayırlar ki, əvəllər ərazidən  seçdikləri deputatlar  ancaq seçki ərəfəsində səs yığmaq kampaniyasından sonra qeybə çəkiliblər.  İlhamiyyə Rzanın seçki kampaniyası başlayan gündən artıq o  seçicilərin  bəzi xırda ev, məişət, iş problemlərində yardımçı ola bilib. Görüşə gələn seçicilər  İlhamiyya Rzayevanın , hətta  xırda və gücü çatan digər məsələlərin həllində yardımçı olduğuna, yol göstərdiyinə, istiqamət verdiyinə  görə ona minnətdarlıqlarını bildiriblər.


Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi