Modern.az

AMİP-də keçmiş sədrlə maraqlanan yoxdur

AMİP-də keçmiş sədrlə maraqlanan yoxdur

Təhsil

29 Oktyabr 2015, 16:35


“Yusif Bağırzadə ilə heç bir əlaqəmiz yoxdur. Doğrusu, partiyanın özü də Yusif bəylə əlaqə saxlamağa daha cəhd göstərmir”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının(AMİP) Siyasi Şurasının üzvü Əli Orucov deyib.

O, Yusif Bağırzadənin səhhətində yaranan problemlə bağlı suala belə cavab verib:

“Yusif  bəy mətbuata açıqlamasında səhhətində yaranan problemlə bağlı müalicə aldığını deyib. Əsas diqqətini müalicəsinə yönəldib. Bu aralar başım seçkilərə qarışdığından Yusif bəyin harada müalicə aldığını dəqiq deyə bilmərəm. Amma mətbuata sonuncu açıqlamasında xaricdə müalicə aldığını deyib”.  

Əli Orucov deyib ki, Yusif Bağırzadə  partiyadan getsə də, onunla şəxsi münasibətlərdə problem yoxdur: “Uzun müddət bir yerdə çalışmışıq. Dostluq münasibətləri üçün 5 il az müddət deyil.  

Ümumiyyətlə, Yusif Bağırzadəni xaraktercə müsbət insan kimi xarakterizə etmək olar. Lakin partiyaya gəlib-getmək, hər hansı təmas qurmaq mümkün deyil. Elə bir əlaqə yoxdur”.  

Bir müddət əvvəl Yusif Bağırzadə AMİP-in sədri vəzifəsindən istefa verərək, bunun səbəbin səhhətində yaranan problemlə əlaqələndirib.

Namidə BİNGÖL

 
Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi