Modern.az

Rafael Cəbrayılov Şirvanda ilk dəfə səs verən gənclərlə görüşdü - FOTOLAR

Rafael Cəbrayılov Şirvanda ilk dəfə səs verən gənclərlə görüşdü - FOTOLAR

Təhsil

29 Oktyabr 2015, 16:40


46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılov növbəti görüşünü Şirvanda ilk dəfə səs verən gənclərlə keçirib.

Seçkinin mahiyyətindən , dövlət və cəmiyyət üçün əhəmiyyəti haqqında məlumat verən Rafael Cəbrayılov, insan hüquqları içərisində seçki hüququ uğrunda ən çox mübarizə aparılan hüquq olduğunu  dedi.

Namizəd gənclərin gələcəyimizi müəyyən edən insanlar olduğunu diqqətə alaraq, ilk dəfə səs verəcək gənclərin cəmiyyətin ictimai-siyasi həyatında fəal olmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.

Seçkinin vacib məslə olduğunu bir daha vurğulayan namizəd, seçki günü bütün gəncləri seçkidə iştirak etməyə və layiqli namizədə səs verməyə dəvət etdi

İlkdəfə səs verəcək gənclər görüşdən razılıqlarını bildirdilər.

Gənclərə xüsusi diqqət və qayğının təcəssümü kimi təbliğat kompaniyası dövründə gənclərlə artıq 3-cü dəfə görüşən Rafael Cəbrayılova dəstək olacaqlarını bildirdilər. Şirvanda ilk dəfə səs verəcək gənclərin seçimi Rafael Cəbrayılovdur. 

*** 

Rafael Cəbrayılov təbliğat kompaniyasının sonuncu həftəsini xüsusi koteqoriyalı insanlarla keçirməyi planlaşdırıb. Elə bu məqsədlə bu gün növbəti görüş namizədin məzun olduğu Şirvan şəhər 9 saylı orta məktəbin məzunları ilə olub. Hər zaman məktəb və sinif yoldaşları ilə  sıx əlaqədə olduğunu bildirən namizəd,orta məktəb illərini səmimiyyətlə xatırlayaraq , bu günkü görüşdəki xüsusi məmnunluğunu  bildirdi. 

Məktəb məzunları Rafael Cəbrayılovun xoş xatirələrindən danışdılar. İstər deputat olduğu zaman, istərsə də deputat olmamışdan öncə hər zaman  hamının qayğısına qaldığını bildirdilər. Qeyd etdilər ki, Rafael Cəbrayılov məktəb illərindən xüsusi istedad və bacarığı ilə fərqlənib.

Şirvanın fəxri olan Rafael Cəbrayılova məzun olduğu məktəbin məzunları bir mənalı olaraq səs verəcəklərini bildirdilər.

 

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi