Modern.az

Elmlər Akademiyası öz simalarını təqdim etdi

Elmlər Akademiyası öz simalarını təqdim etdi

Təhsil

29 Oktyabr 2015, 16:51

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) yarandığı vaxtdan bu günə qədər həqiqi, müxbir və fəxri üzvləri olmuş alimlərin geniş elmi tərcümeyi-halını əks etdirən “Akademiya simalarda” adlı kitab çapdan çıxıb.

AMEA-nın 70 illik yubileyi ərəfəsində işıq üzü görən  və geniş oxucu auditoriyasının diqqətini cəlb edən bu kitab elmi ictimaiyyətə böyük töhfə kimi olduqca əhəmiyyətlidir.

Modern.az xəbər verir ki, kitabda 450-yə yaxın alimin hər biri haqqında bir səhifəlik tərcümeyi-hal fotoları ilə birgə oxucu auditoriyasına təqdim olunur. Eyni zamanda, kitabın ilk səhifələrində “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı öz əksini tapır.

AMEA Rəyasət Heyətinin qərarı ilə nəşr edilən və Akademiyanın “Elm” nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunan kitab oxuculara Azərbaycan dilində təqdim edilir. 1000 nüsxə tirajla çap olunması nəzərdə tutulan kitabın 500 nüsxəsi artıq işıq üzü görüb.  

Elmin NURİ

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi